İkinci xəstəxana üzərində intensiv iş gedir - TƏBİB 

18:22 18.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Birinci modul xəstəxana Bakıda açıldı”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib. 

O əlavə edib ki, ikinci xəstəxana üzərində də intensiv iş gedir: “Sumqayıt və Gəncədə də tezliklə modul xəstəxanalar açılacaq. Son iki həftənin statistik rəqəmləri onu göstərir ki, modul xəstəxanaların bu gün açılması çox vacib məsələdir və bizə çox lazımlıdır. Çünki xəstə sayımız artır”.